Modern.az

Xocalı soyqrımı ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Xocalı soyqrımı ilə bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq

Ölkə

14 Aprel 2010, 12:14

Dünyanın bəzi dövlətləri qondarma “erməni genosidi” kimi sərsəm iddialara ciddi yanaşdıqları halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqrımına ədalətsiz münasibət göstərilir.

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü, millət vəkili Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, indiyə kimi Xocalı soyqrımı ilə bağlı rəsmi şəkildə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilməyib: “Ancaq biz bütün sənədləri hazırlamışıq. Yəqin ki, yaxın vaxtlarda bu sənədlər Beynəlxalq Ədalət  Məhkəməsinbə göndəriləcək”. E.Məmmədov daha sonra deyib: “Biz bir dəfə millət vəkili Qənirə Paşayeva ilə birgə Xocalı soyqrımı ilə bağlı sənədləri Haaqa Məhkəməsinə təqdim etmişik. Ancaq onlardan indiyə kimi cavab gəlməyib. Düşünürəm ki, həmin məhkəmədə hər hansı qərarın qəbul edilmə mexanizmi var. Bizim sənədləri göndərməyimizlə deyil ki, gərək onlar qəbul edələr”. Deputat

Xocalı soyqrımını dünyaya tanıtmaq üçün dayanmadan mübarizə aparmağın vacibliyini bildirir: “Mənə elə gəlir ki, Azərbaycan dövlətinin bütün qurumları Xocalı soyqrımını yüksək səviyyədə təbliğ edirlər. Ancaq nədənsə dünya dövlətləri Xocalı soyqrımını tanımaq istəmirlər. Çünki bizi eşitmək istəmirlər. Bu gün iki-üç dövlətin fitvası ilə digər dövlətlərdə qondarma “erməni soyqrımı”nı tanıyırlar. Ancaq dünən olan soyqrımı tanımırlar. Halbuki əlimizdə kifayət qədər faktlar var”.

Millət vəkilinin fikrincə, qondarma “erməni soyqrımı”nı tanıyan ölkələrə ən tutarlı cavab Türkiyənin Xocalı soyqrımını tanıması ola bilər: “Tezliklə Xocalı soyqrımı Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılmalıdır. Və soyqrım kimi qəbul edilməlidir”.

E.Məmmədov deyib ki, qondarma “erməni soyqrımı”nı tanıyan dövlətlər müsəlman dünyası üzərinə səlib yürüşünə çıxıblar: “Ona görə də bütün Türk dövlətləri birləşməli və Türk birliyini yaratmalıdırlar. Millət vəkili Türkiyə-Ermənistan sərhədləri məsələsinə belə münasibət bildirib: “Türkiyədə qeyri-qanuni şəkildə 100 min erməni miqrantın yaşadığını baş nazir Ərdoğan özü etiraf edib. Əgər Türkiyənin Ermənistanla sərhədləri bağlı idisə, bu ermənilər ora haradan gəlib?! Türkiyə niyə buna görə tədbir görmür? Həftədə 4 dəfə İstanbul-Yerevan təyyarəsinin uçmasına səbəb nədir? Mənim fikrimcə, sərhədlər onsuz da açıqdır. Sadəcə olaraq Ermənistan -Türkiyə sərhədlərini rəsmi şəkildə açılması məsələsi həm dünya arenasında bir oyundur, həm də Qarabağ məsələsinin Azərbaycanın zərərinə həll olunması üçün Türkiyəyə təzyiq vasitəsidir. Bəlkə də bu oyunda Türkiyənin müəyyən rəhbər dairələri də iştirak edir”.

 

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək