Modern.az

Dilimizi qısa etməyə çalışanlar…

Dilimizi qısa etməyə çalışanlar…

Media

18 Sentyabr 2023, 12:22

Bu yazını Mətbuat Şurasının İdarə Heyyətinin ictimayyətdən olan nümayəndəsi kimi yazıram.

 

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycan mediası da müasir dövrün tələbləri və trendlərinə adaptasiya olunur. Bu təkamül prosesi mediamızın cəmiyyət, dövlət maraqları naminə ictimai iştirakçılıq yükünü artırır.

 

İctimai maraqlar naminə medianın gücü və nüfuzu yekunda cəmiyyətin gücü kimi möhkəmlənir.

 

Bu prosesdə əsas həlledici faktorlardan biri güvəndir, cəmiyyətin mediaya güvən indeksi.

 

Müasir dövrün xarakterik hallarından biri kimi dezinformasiyalar və təhrif olunmuş məlumatların tirajlanması cəmiyyətinin bütün təbəqələrinə sirayət edir.

 

Bütün dünyada dezinformasiya ixracı kanalları oxucunun dürüst, pozitiv xəbər əldə etmək haqqını çoxdan əlindən alıb.

 

Keçmişdə küçələrdə blokların qarşısında oturan, sahə müvəkillərinin “əməkdaşlıq” etdiyi xalaların, əmilərin hamısı indi media informatorları, vətəndaş jurnalistikası ilə məşğul olan media blogerlərdir.

 

Qeyd edim ki, mənim izlədiyim son 15 ildə Azərbaycan mediası böyük təkamül prosesi keçib. Media azadlığı üçün bu gün mövcud olan imkanlar, həmişə mövcud olmamışdır.

 

Media bu qədər azad olsun, hamı fikirləşdiyini yaza bilsin deyə illərlə mübarizə aparılıb.

 

Ölkədəki bu media azadlığı rahat əldə olunmayıb, həmişə şərtlər belə güllük-gülüstanlıq olmayıb, bu “cəbhə”də hər santimetr üçün hökümət və cəmiyyət tərəfindən böyük səylər sərf olunub.

 

Azərbaycan dövləti beynəlxalq münasibətlərdə ən çox əziyyət çəkdiyi məqam dezinformasiyalardır. 10 illikllərlə Azərbaycan dövlətinə və xalqına qarşı yalan və təhrif olunmuş məlumatlar üzərindən sistemli şəkildə təbliğat kampaniyaları aparılır.

 

Bu gün Azərbaycanda cəmiyyətin hər bir siyasi-ictimai və media fəalinın bu yalanlarla mübarizə aparmaq həyat tərzinə çevrilib.

 

Eyni tendensiyanın başqa təzahürünü daxili mediada da həyata keçirmək istəyən qruplar var.

 

Həssas günlərdə Azərbaycandan başqa hamının maraqlarını təşviq edən media təsisatlar, internet resursların, sosial platformların və s. adi günlərdə xəbər və reportaj trendləri ancaq məmurlar haqqında dezinformasiyalardan ibarət olur.

 

Bu günlərdə Bakının iri rayonların birinin icra başçısı vətəndaş məsuliyyətini və qanunun aliliyini üstün tutaraq məhkəməyə gəlib və orda şahid ifadəsi verib.

 

Media başlıqlarını oxuyanda elə təəssürat yaranır ki, icra başçısını ora güclə gətiriblər.

 

Məhkəmə prosesini izləyən jurnalistlərin fikirlərindən isə aydın olur ki, məmur məhkəməyə gəlməsəydi, vəsadət qaldıranlar üçün daha faydalı olardı. Düzü onlar heç onun gələcəyini düşünmürdü. Hesab edirdilər ki, belə adlar çəkməklə həbsi sifarişli olmasını sübüt edə biləcək.

 

İcra başçısı isə məhkəməyə gəldi və qarşı tərəfin yalan danışdığını tam ifşa etdi. Ən əsası da öz bilik və təcrübəsi ilə onun gəlməsi üçün vəsadət qaldıranlara dövlət qulluqçusu kimi intelekti və səviyyəsi nümayiş etdirdi.

 

Cəmiyyətlərin dəyər sistemində media güvən indeksi çətin bərpa olunan resurslara aiddir, burda özünü reabilitasiyaya uzun illər lazım gəlir.

 

Bu həm də birilərinin həbsxana divarlarında keçən, ailələrinin isə həbsxana yollarında keçən uzun və ağrılı günləridir.

 

Xaricdə bunu bizə qarşı “imkan” kimi dəyərləndirib və milli maraqlarımız mövzusunda dilimizi qısa etməyə çalışırlar.

 

Bunu nə özünüzə, nə ailənizə, nə də cəmiyyətə rəva görməyin lütfən...


Yeganə Hacıyeva,
Mətbuat Şurasının İdarə Heyyətinin üzvü

Whatsapp
Bizə yazın!
Keçid et
Sirlər açılır-Rəisinin öldüyü qəzanın yeni detalları