ANS-in aparıcısı Ulvira Qarayevanın təqdimatında yeni axtarış proqramının ilk vaxtdan ATV-dəki anoloji verilişinə rəqib olacağı haqqında fikirlər yayılmışdı. Ulvira Qarayevanın təqdimatında efirə gedəcək “Gözüm yolda” verilişinin “piar”ını sosial şəbəkələrdə aparan Elçin Əlibəyli
Modern.az-a açıqlamasında ANS-dəki yeni layihənin uğurlu olacağını bildirib.
“Biz Ülvira Qarayevanın aparıcılığı ilə ANS-də yeni layihə təqdim edəcəyik. Bu, ANS-lə əməkdaşlıq çərçivəsində edilən layihədir. Layihə artıq hazırdır və gələn həftənin bazar günü efirdə olacaq”. Axtarış proqramlarının mahiyyət etibarı ilə eyni konsepsiya üzərində qurulduğunu deyən E.Əlibəyli bildirib ki, burada fərqi aparıcı yaradır. “Əsas fərq proqramı aparıcının necə təqdim etməsindən asılıdır. Ülvira Qarayeva fərqli təqdimatı ilə seçiciləcək”.
Aytən ƏLİYEVA