Modern.az

"İçərişəhər"də əhali azalmayıb - Şahin Seyidzadə

Mədəni̇yyət

19 Dekabr 2023, 10:56

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə son illər ərzində İçərişəhərdə əhalinin azalmadığını bildirib.

 

Modern.az xəbər verir ki, o, Azərbaycanda ilk dəfə keçirilən "Mədəni irs" forumunun ikinci günündə çıxışı zamanı İçərişəhərdə turizm şəraiti yaratmaqla sakinlərin məmnunluğunu saxlamağın əsas prioritet məsələlərdən olduğunu söyləyib:

 

"İçərişəhərin 85 faizi tarixi abidədir. Burada ən xırda pəncərənin dəyişdirilməsinə belə ciddi nəzarət var. İçərişəhər yaşayış məkanıdır və sakinlərlə çox sıx işləyirik. Son illər ərzində İçərişəhərdə əhali azalmayıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir