Modern.az

Gürcü rejissorun filmi "Oskar"ın siyahısına düşə bilməyib - SİYAHI

Gürcü rejissorun filmi

Mədəni̇yyət

22 Dekabr 2023, 13:52

Gürcü rejissor Tinatin Kajrişvilinin rejissoru olduğu “Vətəndaş müqəddəs” filmi “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında "Oskar"ın qısa siyahısına daxil edilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının saytında dərc olunmuş siyahıya əsasən məlumat yayılıb.

 

Qısa siyahıya Maykl Qurdciyanın (Ermənistan) “Amerikalı” filmi, Mstislav Çernovun (Ukrayna) “Mariupolda 20 gün” sənədli filmi, habelə Butan, Danimarka, Finlandiya, Fransa, Almaniya, İslandiya, İtaliya, Yaponiya, Meksika, Mərakeş, İspaniya, Tunis və Böyük Britaniyadan olan filmlər düşüb.

 

Namizədlər 23 yanvar 2024-cü ildə elan ediləcək. Mükafatın təqdimatı martın 10-na planlaşdırılıb.

 

Gürcüstanı "Oskar"da təmsil etmək hüququ uğrunda daha 3 film mübarizə aparıb: “Qrakliani dağındakı yazının sirri” – rejissoru Lela Tsipuriya, “Gözəl Elena” – rejissoru Georgi Ovaşvili, “Qara quş, Böyürtkən, Böyürtkən” – rejissor. Elene Naveriani.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir