Modern.az

Mədəniyyət Nazirliyinə ssenari vermişdim, mənasını başa düşmədilər - Deputat

Mədəniyyət Nazirliyinə ssenari vermişdim, mənasını başa düşmədilər - Deputat

Mədəni̇yyət

26 Dekabr 2023, 12:46

"Tariximiz, mədəniyyətimiz, bizim üçün unudulan bəzi yalançı konsepsiyalara yenidən baxmaq lazımdır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bu məsələlərə yalnız şifahi cavab vermək  yox, ciddi addımlar atılmalı, bədii filmlər çəkilməlidir:

 

“Difai hərəkatı barədə filmin çəkilməsi üçün təxminən 12 il əvvəl Mədəniyyət Nazirliyinə ssenari vermişdim. Deyəsən heç bunun mənasını da başa düşmədilər. Bilmədilər ki, difai nədir, fədai nədir və bu cür film kimə lazımdır?!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir