Modern.az

Polis Akademiyası üçün abituriyentlər “saf-çürük” edilib

Polis Akademiyası üçün abituriyentlər “saf-çürük” edilib

Ölkə

22 Aprel 2010, 17:38

2010-2011-ci tədris ilində Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsil almaq üçün ərizə vermiş abituriyentlər “saf-çürük” ediliblər.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirb ki, fiziki hazırlıq üzrə normativlərin qəbulu zamanı fiziki qüsurları olan abituriyentlər seçiliblər. Belə ki, Polis Akademiyasına əyani təhsil almaq üçün ərizə vermiş 156 nəfərdən 22-si təhsilə yararsız sayılıb. 134 nəfər isə 30 aprel tarixində nəzərdə tutulmuş fiziki hazırlıq üzrə normativlərin təkrar qəbuluna çağırılıb. Onlar Bakı şəhərində DİN-in Çevik Polis Alayının idman zalında imtahan olunacaqlar.  İmtahana gələnlərə özlərilə şəxsiyyət vəsiqəsi və idman geyimi gətirmək barədə xəbərdarlıq edilib.

Qabiliyyət imtahanlarına buraxılmayan abituriyentlərə isə bildirlib ki, fiziki qüsurları olduğuna görə Polis Akademiyasında oxuya bilməzlər və onlar sənədlərini DİN-in Baş Kadrlar İdarəsindən geri götürə bilərlər. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var