Modern.az

Serbiyada qazax nağılları nəşr olunub

Serbiyada qazax nağılları nəşr olunub

Mədəni̇yyət

28 Dekabr 2023, 14:36

Serbiyada bu ölkənin rəsmi dili olan serb dilində qazax nağılları toplusu nəşr olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Kitabın təqdimatı Yeni il ərəfəsində Belqraddakı Uşaq Kitabxanasında baş tutub. Uşaqları kitabla tanış edən Qazaxıstanın Serbiyadakı səfiri Madi Atamkulov olub.

 

"Qaranquş haqqında əfsanələr, heyvanların mübahisəsi, qoca Kanbak və Aldar Kösenin hiylələri haqqında mifik hekayələr, eləcə də qazax nağıllarının məşhur personajlarının digər macəraları indi balaca serb oxucuları və onların valideynləri üçün əlçatandır", - məlumatda deyilir.

 

Yaxın vaxtlarda qazax nağılları toplusunun yüzlərlə nüsxəsi Serbiyanın kitabxanalarına və məktəblərinə veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir