"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsin I mərhələsinə yekun vurulub. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu müsabiqədə iştirak etmək üçün 123 məktəb müraciət edib. Onlardan 49-u Bakı, qalanları digər şəhər və rayonların təhsil müəssisələridir. Müsabiqədə iştirak etmək üçün sənədləri qəbul edilmiş 123 məktəbin Təhsil Nazirliyində yaradılmış işçi qrupu tərəfindən göstəriciləri müəyyən edilmiş şərtlər daxilində müvafiq əmsallar tətbiq olunmaqla 17 parametr üzrə qiymətləndirilib və buna uyğun olaraq hər bir məktəbə bal verilib. Təşkilat Komitəsinin qərarı ilə 123 məktəbdən 94-ü II mərhələyə buraxılıb.
Modern.az