Modern.az

Xalq İlham Əliyevi dəstəkləyəcək - 76 yaşlı Xalq artisti

Xalq İlham Əliyevi dəstəkləyəcək - 76 yaşlı Xalq artisti

Mədəni̇yyət

31 Yanvar 2024, 17:02

Bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür. Sənətçi Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 16 may 2006-cı ildə Xalq artisti fəxri adına,14 sentyabr 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

76 yaşına qədəm qoyan sənətkar Modern.az-a təəssüratlarını bölüşüb: 

 

“Sizə və məni təbrik edən hər kəsə çox təşəkkür edirəm. Çox gözəl mesajlar alıram, əlbəttə ki, bu məni sevindirir. Doğum günümdə mənə ən böyük hədiyyə yaxın insanlardan, məni sevənlərdən gələn təbriklərdir. Mən heç vaxt böyük hədiyyələr gözləməmişəm. Bu doğum günümdə də dostlarımdan, yaxın adamlarımdan, məni sevənlərdən nə qədər təbrik qəbul etmişəm. Özümə arzum sağlamlıq, can sağlığıdır. Həyatdır,alın yazısıdır hər şey ola bilər. Yeni yaşımda da yaradıcılığa davam edəcəm. Yeni layihə, yeni mahnılar var. Çox zaman ifa edəcəyim mahnılarımın üzərində uzun müddət işləyirəm”. 


O, ölkədə keçiriləcək prezident seçkilərinə də münasibət bildirib:


“Ali Baş Komandanımız ata vəsiyyətini yerinə yetirdi. O, illər Qarabağda baş verənlər mənim də yaradıcılığıma təsirsiz ötüşmədi. Repertuarımda vətənpərvərlik mahnılarına daha çox üstünlük təşkil edir. Qarabağ azərbaycanlıların bağrında bir yara kimi yaşayırdı. İlham Əliyev uzun həsrətdən sonra Qarabağ probleminə son qoydu.

 

Mən cənab Prezident İlham Əliyevi dəstəkləyirəm. Onun mədəniyyət səhəsinin  inkişafı üçün atdığı addımlar da göz önündədir. Xalqın da İlham Əliyevi dəstəkləyəcəyini düşünürəm”. 


Şəbnəm Zahir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!