Modern.az

Bu il 30 minə yaxın müəllim sertifikasiyadan keçəcək - Nazir

Bu il 30 minə yaxın müəllim sertifikasiyadan keçəcək - Nazir

29 Fevral 2024, 15:46

Bu il 25-30 min müəllimin sertifikatlaşdırmaya cəlb olunması gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralin 29-da keçirilən brifinqdə deyib.

 

Nazir bildirib ki, sertifikatlaşdırma riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənləri üzrə aparılacaq:

 

“Bu günədək ölkə üzrə 140 min müəllimin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min müəllimin əməkhaqqına 10 faiz, 8 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə edilib.

 

2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir