Modern.az

Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq - Nazir

Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq - Nazir

Təhsil

29 Fevral 2024, 16:44

Rus bölməsində müəllim çatışmazlığı yaşayırıq.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.

 

Nazir bildirib ki, hər il rus bölməsi üzrə elan olunan vakansiyalar boş qalır:

 

“Cəmiyyət elə bilir ki, rus bölməsində oxumaq daha yaxşıdır. Azərbaycan məktəblərində Azərbaycan vətəndaşları üçün həmişə yer var. Hazırda 300-dən artıq məktəbimizdə rus bölməsi var. Müəllim çatışmazlığı səbəbindən bir məktəbdə 2 dildə bölmə saxlamaq çətindir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir