Modern.az

Çempionlar Liqası: "Bavariya" "Latsio"nu, "Sosyedad" PSJ-ni qəbul edəcək

Çempionlar Liqası:

İdman

5 Mart 2024, 09:30

Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki,  ilk gündə 2 matç keçiriləcək. "Bavariya" "Latsio"nu qəbul edəcək. Bu komandalar arasında ilk görüş İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. PSJ isə "Real Sosyedad"ın qonağı olacaq. Paris təmsilçisi 1-ci görüşdə rəqibini 2:0 hesabı ilə məğub edib. Hər iki qarşılaşma yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

 

Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları 6,12, 13 mart tarixlərində keçiriləcək.

 

5 mart

 

00:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya)
İlk oyun - 0:1

00:00. "Real Sosyedad" (İspaniya) - PSJ (Fransa)
İlk oyun - 0:2

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır