Modern.az

Emin Əmrullayev 3 universitetə yeni prorektor TƏYİN ETDİ

Emin Əmrullayev 3 universitetə yeni prorektor TƏYİN ETDİ

Təhsil

28 Mart 2024, 17:26

Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Belə ki, nazir Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir