Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 460 mini geridə qoydu

Rusiyanın Ukraynadakı itkiləri 460 mini geridə qoydu

22 Aprel 2024, 09:47

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 730 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 460 260 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 7 tank, 8 zirehli döyüş maşını, 17 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək