Modern.az

Türk nazirdən Zəngəzur AÇIQLAMASI

Türk nazirdən Zəngəzur AÇIQLAMASI

Dünya

24 Aprel 2024, 17:34

"Türkiyənin yeni İpək Yolu olacaq İnkişaf Yolu Layihəsi və Zəngəzur Dəhlizi çərçivəsində planlaşdırılan quru və dəmir yolları üçün işlərimizə başladıq".

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

 

O, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizi ilə Türkiyə ilə Orta Asiya arasında yeni bir əlaqə qurulacağını vurğulayıb.

 

“Göründüyü kimi, Türkiyənin beynəlxalq daşımalarına üstünlük veririk", - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok