Modern.az

Gürcüstanın hakim partiyası 150 minlik aksiya KEÇİRİR

Gürcüstanın hakim partiyası 150 minlik aksiya KEÇİRİR

Dünya

29 Aprel 2024, 21:43

Tbilisidə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təşkilatçılığı ilə izdihamlı mitinq keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada hakim partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, hökumət başçısı, parlamentin sədri, Tbilisinin meri və digər rəsmi şəxslər iştirak ediblər.

 

İlkin hesablamalara görə, aksiyada 150 mindən çox partiya üzvü və tərəfdaş iştirak edib.

 

Mitinqdə iştirak üçün on minlərlə Gürcüstan vətəndaşı avtobuslarla bölgələrdən paytaxta gətirilib.

 

Aksiya ilə əlaqədar Rustaveli prospektində, Azadlıq meydanında və ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb.

 

Aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və başqaları çıxış edərək Tbilisidə 2 həftədən çoxdur davam edən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyalarının xalqın mövqeyini əks etdirmədiyini bildiriblər.

 

Bildirilib ki, qanun layihəsinə ictimai dəstəyin olduğunu göstərmək üçün hakim partiya özü parlament binasının qarşısında mitinq təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı və İrəvan razılaşdı: 1976-cı il xəritəsi təsdiqləndi