Modern.az

Ermənistan Gürcüstan-Türkiyə münasibətləri üçün problemdir

Ermənistan Gürcüstan-Türkiyə münasibətləri üçün problemdir

Təhsil

4 May 2010, 17:17

Ermənistana görə Gürcüstanın Türkiyə ilə ciddi problemləri yarana bilər. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Axali Taoba” qəzeti yazır. Qəzet qeyd edir ki, Gürcüstanda yaşayan  erməni diasporu  parlamentə müraciət edərək qondarma erməni “soyqırmı”nın tanınmasını xahiş edir. “Parlament bu məsələni müzakirə etmədən rədd edə bilər, lakin gec-tez deputatlar bu məsələyə qayıdacaq. Hansı qərarın əldə olunmasından asılı olmayaraq bu məsələ qonşu ölkələr tərəfindən,  sənəd rədd olunarsa, Ermənistan, “soyqırım” tanınarsa Türkiyə tərəfdən narazılıqla qarşılanacaq. Türkiyənin Gürcüstanla sıx əlaqələri hamıya məlumdur. Buna görə də, çətin ki, ölkə rəhbərliyi özünün ən böyuk ticarət müttəfiqi ilə münasibətlərin pozulmasına getsin. Qeyd olunmalıdır ki, “soyqırım” tanınarsa,  Gürcüstanın Azərbaycanla da münasibətləri pozulacaq”,-deyə gürcü qəzeti yazır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir