Modern.az

“Azərbaycan coğrafiyası” dərsliyi ləğv olunur...

“Azərbaycan coğrafiyası” dərsliyi ləğv olunur...

İqtisadiyyat

11 Mart 2014, 15:00

Modern.az saytı xəbər verir ki, orta məktəblərdə keçirilən “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” və “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərslikləri ləğv olunur. Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyası ümumi “Coğrafiya” dərsliklərində tədris olunacaq. Təhsil Nazirliyi Modern.az-ın sorğusunu təsdiq edib.

“8-ci sinifdə “Coğrafiya” fənni ləğv olunmur və bu sinif üçün “Coğrafiya” dərslik komplektinin hazırlanması məqsədilə Təhsil Nazirliyi tender elan edib. Ənənəvi proqramlar əsasında həmin sinifdə “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” və “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərsliklərində qoyulan problemlər yeni standartların tələblərinə əsasən 6-cı sinif dərsliyindən başlayaraq təqdim edilir. Yəni Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyasının standartlara əsasən tədris olunması nəzərdə tutulur”.

Rafiq Qənbərov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var