Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin üçüncü rübünün sonuna 2 % artıb.
Modern.az Mərkəzi Bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin üçüncü rübünün sonuna əvvəlki aya nisbətən 102,4 mln. ABŞ dolları artaraq, rübün sonuna 5 103,6 mln. ABŞ dollar təşkil edib.