Modern.az

Jurnalistlər Arif Rəhimzadə ilə görüşəcəklər

Jurnalistlər Arif Rəhimzadə ilə görüşəcəklər

Media

4 Avqust 2010, 12:25

Modern.az saytı xəbər verir ki, Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri Milli Məclisin komitə sədrləri ilə görüşləri davam etdirirlər.
PJB üzvləri indiyədək parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla görüşüblər.

Jurnalistlər növbəti görüşü cümə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ilə keçirəcəklər.
Açıq diskussiya şəklində keçiriləcək bu görüşdə də üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibəti öyrəniləcək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat istəniləcək, digər məsələlər barədə söhbət açılacaq, jurnalistləri maraqlandıran suallara cavab alınacaq. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok