Modern.az

Etibar Məmmədov xaricə niyə gedib?

Etibar Məmmədov xaricə niyə gedib?

Ölkə

19 Avqust 2010, 17:05

Son günlər KİV nümayəndələri AMİP lideri Etibar Məmmədovla əlaqə saxlaya bilməmələrindəın gileylənirlər. Ölkənin bir neçə aparıcı qəzeti seçkilərdə iştirakla bağlı E.Məmmədovun  mövqeyini öyrənməyə cəhd etsə də, buna nail ola bilməyiblər.

Modern.az saytı da neçə gündür Etibar Məmmədovla əlaqə saxlamağa cəhd edir, amma AMİP liderinin telefonu söndürülüb. Əməkdaşımız bunun səbəbini araşdırıb.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov saytımıza bildirib ki, Etibar Məmmədov hazırda Azərbaycanda deyil.
“AMİP lideri şəxsi işləri ilə bağlı xarici ölkədədir”-deyən Əli Orucov E.Məmmədovun vətənə nə zaman dönəcəyi ilə bağlı məlumatı olmadığını söyləyib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir