Modern.az

AXCP - Müsavat sabah seçki blokunu elan edəcək

AXCP - Müsavat sabah seçki blokunu elan edəcək

7 Sentyabr 2010, 15:44

Bu gün AXCP və Müsavatın partiyalarının sədrləri Əli Kərimli ilə İsa Qəmbər arasında parlament seçkilərində vahid namizəd siyahının razılaşdırılması  ilə bağlı sonuncu görüş keçirilib. Bu görüşdə 90-dan artıq seçki dairəsi razılaşdırılıb. Bununla da vahid siyahı müəyyən edilib. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, sabah AXCP-nin Rəyasət Heyəti və Müsavat Divanı toplanacaq. Burada seçki blokunun elan olunması məsələsi müzakirə ediləcək: “Sabah hər iki partiyanın birləşdiyi seçki blokunun yaradıldığı elan ediləcək”. Müsavat deputat qrupunun üzvləri ilə bağlı yaranmış problem də aradan qaldırılıb. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi