Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar verib.
Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, 2010-cu ilin oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi də təsdiq edilib.
Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidirlər.
Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirlirləri və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməlidirlər.
2010-cu ilin oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi idmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
R.Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini
Komissiya sədrinin müavini
M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
O.Zalov - daxili işlər nazirinin müavini
A.Vəlibəyov - səhiyyə nazirinin müavini
T.Musayev - ədliyyə nazirinin müavini
A.Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılmışdır)
S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılmışdır)
Modern.az