Modern.az

Ermənistan parlamenti "DQR"-i müzakirə etməkdən qorxdu

Ermənistan parlamenti "DQR"-i müzakirə etməkdən qorxdu

Ölkə

5 Oktyabr 2010, 15:59




Ermənistan parlamentinin oktyabrın 5-də keçirilən sessiyasının gündəliyinə təklif olunmuş “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” haqqında qanun layihəsi erməni deputatları arasında ikitirəlik salıb.

Bu barədə "Armenia Today" məlumat yayıb. Belə ki, parlamentdə təmsil olunan bütün siyasi qüvvələr bu qanun layihəsinin müzakirəsnin əleyhinə çıxıblar.

Modern.az
  saytı bildirir ki, parlamentdə təmsil olunan “Daşnaksütyun” fraksiyasının rəhbəri Vaan Ovanesyan bəyan edib ki, qondarma “DQR”-in tanınması barədə qanun Ermənistanı dalana dirəyəcək.
"“DQR”-in müstəqiliyinin tanınması üçün bütün siyasi qüvvələrin razılığı olmalıdır. İndiki situasiya bundan çox uzaqdır”.

Parlamentin vitse-spikeri Samvel Nikoyan öz növbəsində qeyd edib ki, Respublika Partiyasının parlamentdəki fraksiyası indiki məqamda bu qanun layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmir.
“Əgər biz buna getsək o zaman beynəlxalq ictimaiyyətə meydan oxumuş olarıq“-deyə Nikoyan bildirib.

“Çiçəklənən Ermənistan” fraksiyasının katibi Aram Safaryan bildirib ki, indiki halda bu qanun layihəsinin qəbulu Minck Qrupu çərçivsində Dağlıq Qarabağla bağlı aparılan prosesi dağıdacaq.

Qanun layihəsini təqdim edən "İrs” fraksiyası layihənin Ermənistan parlamentinin 4 gün davam edəcək sessiyasının gündəliyindən çıxarılmasına etiraz etmir. Bir şərtlə ki, parlament bu layihəni sonrakı vaxtda keçirəcəyi daha geniş iclaslarının gündəliyinə salsın. Bu barədə fraksiyanın rəhbəri Stepan Safaryan bildirib.
“Ölkənin heç bir siyasi qüvvəsi bizim təklifimizə müsbət yanaşmayıb. Biz ona görə istəyirik ki, qanun layihəsi bu gün mazakirəyə çıxarılsın”-deyə o bildirib.

Qeyd edək ki, erməni parlamentinin “İrs” fraksiyasının hazırladığı qanun layihəsini təsdiq edib və sənəd bu gün başlayan sesiyanın müzakirəsinə çıxarmaq istəyir.

****

Ən son məlumata görə, Ermənistanın qanunvericilik orqanı sözügedən qanun layihəsinin müzakirəyə çıxarılmasını parlamentin sonrakı iclaslarına qədər təxirə salıb.

Modern.az

 


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!