11 iyul tarixi ötən il Kəlbəcərdə şəhid olmuş Həsən Həsənovun anım günüdür. Həsən dostları Dilqəm və Şahbazla birlikdə 2014-cü ilin 9 iyulunda gizli yolla işğal altında olan Qarabağa - Kəlbəcər rayonu ərazisinə getmişdi. Soydaşlarımız ehtiyatsızlıq nəticəsində Kəlbəcər ərazisində ermənilərin hədəfinə düşüblər. Nəticədə Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Həsənin meyiti həmin hadisədən xeyli vaxt sonra, 2014-cü ilin oktyabrında geri alınaraq, dəfn edilib. Onun 2 azyaşlı övladı qalıb.
Modern.az saytı Həsən Həsənovun ailə fotoşəkillərini təqdim edir.