Modern.az

Azərbaycanda daha 18 dini icmaya maliiyə ayrıldı

Azərbaycanda daha 18 dini icmaya maliiyə ayrıldı

Təhsil

13 İyul 2015, 17:30



İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan daha 18 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda komitənin sədri Mübariz Qurbanlı prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. O, bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsinin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, islami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Mübariz Qurbanlı dövlətin siyasətində gənclərə diqqət və qayğının xüsusi yer aldığını xatırladaraq, icma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas subyektinin gənclər olmasının vacibliyini tövsiyə edib. O, reallaşdırılacaq layihələrin radikalizmlə mübarizədə də müsbət təsiri göstərəcəyini bildirib.   Gülşən RAUFQIZI
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok