Ermənistan Prezidenti Serj Sarkisyan İrəvanın Suriyadakı vəziyyətdən narahat olduğunu bildirir. Modern.az xəbər verir ki, o bu barədə qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı tədbirlərin əlaqələndirilməsi üzrə dövlət komitəsinin iclasında bildirib.
“Biz Suriyada davam edən toqquşmalardan və günbəgün daha da pisləşən humanitar vəziyyətdən narahatıq”, deyə Sərkisyan bildirib.Sarkisyanın sözlərində görə, Ermənistan hakimiyyəti Suriya ermənilərinin problemlərini daim diqqət mərkəzində saxlayır: “Hələb şəhərində xarici ölkələrinin diplomatik nümayəndələrindən yalnız Ermənistanın baş konsulluğunun və paytaxt Dəməşqdə Ermənistan səfirliyinin indiyədək fəaliyyət göstərməsi buna sübutdur”.
Ermənistan prezidenti çıxışında böhran başlayandan Suriyadan ölkəyə 16 min erməninin gəldiyini qeyd edib.(APA)
Modern.az