Modern.az

Mirəlioğlu: “AXCP ilə Müsavatın birləşməsinin bizə heç bir aidiyyatı yoxdur”

Mirəlioğlu: “AXCP ilə Müsavatın birləşməsinin bizə heç bir aidiyyatı yoxdur”

Ölkə

22 Noyabr 2010, 14:39

“AXCP ilə Müsavat partiyalarının birləşməsi prosesinin Klassik Xalq Cəbhəsi Partiyasına heç bir aidiyyəti yoxdur və partiya bu prosesdə iştirak etmir”. Bu barədə Modern.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu hər iki partiyanın birləşmə prespektivi barədə sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, bu məsələ AXCP ilə Müsavatın daxili işidir. “Bizim bu danışıqlara qatılmaq niyyətimiz yoxdur. Bu onların şəxsi işləridir və prosesə normal baxıram. Bu da bir mövqedir”-deyə M. Mirəlioğlu deyib.

KXCP sədri “bu birlik siyasi müstəvidə nəyisə dəyişəcəkmi” sualını cavablandırmayıb.

Qeyd edək ki, Mirmühmud Fəttayev 1993-cü ildən 2000-ci ilə qədər AXCP sədrinin təşkilatı məsələlər üzrə müavini olub. AXCP sədri Əbülfəz Elçibəyin vəfatından sonra M.Fəttayev partiyanın parçalanmış qanadlarından birinə rəhbərlik edib. Uzun zaman partiyanın adı üstündə Əli Kərimli ilə mübarizə aparan M.Fəttayev sonradan öz tərəfdarları ilə yeni siyasi partiyanın əsasını qoyub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək