Modern.az

Tütün məmulatlarında kəskin BAHALAŞMA

Tütün məmulatlarında kəskin BAHALAŞMA

İqtisadiyyat

8 Yanvar 2016, 09:18

 

Bu gündən etibarən Azərbaycanda siqaretin və tütün məmulatlarının pərakəndə və topdansatış qiymətləri qalxıb.

Modern.az saytının əməkdaşının daxil olduğu marketlərdə apardığı müşahidə deməyə əsas verir ki, siqaret və tütün məmulatları markasından asılı olaraq 60-70 qəpik bahalaşıb. 

Ticarət obyektlərinin satıcıları bahalaşmanın növbəti günlərdə davam edə biləcəyi ehtimalını istisna etməyiblər.

Qeyd edək ki, manatın 21 dekabr devalvasiyasından sonra siqaret və tütün məmulatlarının qiyməti 30-40 qəpik bahalaşmışdı.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir