Modern.az

Milli soyad sonluğu ilə bağlı sərəncam verilə bilər

Milli soyad sonluğu ilə bağlı sərəncam verilə bilər

Ölkə

10 Dekabr 2010, 15:31

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın hazırladığı rəy artıq Ədliyyə Nazirliyinə təqdim edilib. Modern.az-a bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
N.Cəfərov bildirib ki, milli soyad formatının müəyyən edilməsi üçün üç variant var: ya bununla bağlı qanun qəbul ediləcək, ya prezidentin sərəncamı olacaq, ya da Ailə Məcəlləsinə dəyişiklik ediləcək.

"Komitəmizin üzvü Rafael Hüseynovun vaxtilə hazırldadığı «Adlar və soyadlar haqqında» qanun layihəsi var. Bildiyiniz kimi, bu məsələ cəmiyyətdə ən çox müzakirə olunan məsələrdəndir. Hətta, bununla bağlı Milli Elmlər Akademiyasında xüsusi komissiya yaradılıb və komissiya öz yekun rəylərini Ədliyyə Nazirliyinə göndərib. İndi ola bilər ki, bu məsələ ayrıca bir qanunla tənzimlənsin, ya da Ailə Məcəlləsinə bununla bağlı bir müddəa əlavə olunsun».  

Xatırladaq ki, Adlar və Soyadlar üzrə Xüsusi Komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və ad qoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib. Qurumun hazırladığı Konsepsiyada “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər.

Modern.az 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır