Modern.az

Misir Mərdanov 20 Yanvarla bağlı əmr imzalayıb

Misir Mərdanov 20 Yanvarla bağlı əmr imzalayıb

Ölkə

7 Yanvar 2011, 14:27

Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 21-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Modern.az-ın məlumatına görə, əmrə müvafiq olaraq 20 Yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Yerli idarəetmə orqanlarının rəhbərləri görülmüş işlər barədə 26 yanvar 2011-ci il tarixinədək nazirliyə hesabat təqdim edəcəklər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?