Modern.az

TQDK: “Abituriyentlər saxtakarlara aldanmasınlar!”

TQDK: “Abituriyentlər saxtakarlara aldanmasınlar!”

Ölkə

4 İyun 2011, 16:44

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəyan edib ki, müəyyən şəxslər tərəfindən “Abituriyent” jurnalının 3-cü sayı saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb.

“Saxta jurnallarda üz qabığı orijinal nəşrə oxşadılsa da, qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilibş, məlumatlar ciddi şəkildə təhrif olunub. Həmin jurnalların məzmununa görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məsuliyyət daşımır”-deyə Dövlət Komissiyası bildirib.

TQDK abituriyentləri və onların valideynlərini  jurnal alarkən diqqətli olmağa çağırıb.
”Əsl jurnalı saxtasından fərqləndirmək mümkündür. Orijinal nəşrdə jurnalın üzərindəki “Abituriyent” sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla  bunu hiss edə bilər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü