Modern.az

Azərbaycanın məşhur həkimi vəfat edib

Azərbaycanın məşhur həkimi vəfat edib

Ölkə

17 Oktyabr 2011, 10:11

Azərbaycan tibb elminə ağır itki üz verib. Tanınmış həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Nurəddin Rzayev 82 yaşında vəfat edib.
Nurəddin Məmmədbağır oğlu Rzayev 26 iyun 1926-cı il, Gədəbəy rayonunda anadan olub. 1945-ci ildə Gədəbəydə orta məktəbi qızıl medalla bitirərək, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.

1949-cu ildə IV kurs tələbəsi ikən Bakıda Tələbə Elmi Konfransında və Moskvada Ümumittifaq Tələbə Elmi Konfransında uğurlu məruzələri mükafatlandırılıb.

1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirərək təyinatla Türkmənistanının Taxta rayonunda işləməyə gedib. 1953-cü ildə Türkmənistanda təyinat müddətini başa vurduqdan sonra Bakıda cərrahlıq və elmi fəaliyyətə başlayıb.

1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1996-cı ildən Azərbaycan Tibb Universitetində professor-konsultant, eyni vaxtda Azərbaycan Universitetində "Şərq-Qərb" Elmi Mərkəzinin professoru olub. 1999-cu ildən Bakı Ali Diplomatiya Kollecində Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub.

300-dək elmi məqalənin müəllifidir, 40-dək elmlər doktoru və elmlər namizədinin rəhbəri olub.

Nurəddin Rzayev ABŞ (Nyu-York, Pitsburq), Türkiyə (Ankara, İstanbul, Antalya, Kayseri), Böyük Britaniya (London, Eyrfild, Qlazqo, Nottingem), İran (Tehran, Təbriz) və Polşada (Varşava) keçirilmiş beynəlxalq elmi konqreslərdə Azərbaycanı və SSRİ-ni təmsil edib.

Alimin Azərbaycan, Türkiyə, Rusiya, İran və digər ölkələrin elmi nəşrlərində onlarla elmi məqaləsi çap olunub.
Allah rəhmət eləsin!

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi