Modern.az

ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəldi

ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəldi

Ölkə

7 Mart 2019, 21:12

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib.

Modern.az xəbər verir ki, səfir Li Litzenberqer bu vəzifəyə bu ilin yanvar ayında təyin edilib.

 

Buna qədər o, ABŞ Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir vəzifəsində çalışıb.

Səfir mediaya açıqlamasında bildirib ki, Bakıda olmaqdan məmnundur.

Səfirin sözlərinə görə, iki ölkə arasındakı münasibətləri dərinləşdirməyi və gücləndirməyi səbirsizliklə gözləyir.

 

Qeyd edək ki, Li Litzenberqerin sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını başa çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir