Modern.az

Ağcabədidə restoran sahibinə cinayət işi açılıb  

Ağcabədidə restoran sahibinə cinayət işi açılıb  

Ölkə

24 İyul 2021, 15:26

Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonun Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

 

Yoxlamalar zamanı toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

 

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək