Modern.az

Sərhəddə eskalasiya heç kimin marağında deyil - ABŞ-dan AÇIQLAMA

Sərhəddə eskalasiya heç kimin marağında deyil - ABŞ-dan AÇIQLAMA

Ölkə

1 Aprel 2024, 23:54

“Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

 

“Biz regionda hamının hüquqlarına hörmət edilən ədalətli və ləyaqətli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik. Davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlar masasıdır. Eskalasiya heç kimin marağında deyil”, - deyə o bildirib.

 

Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…