2009-cu ilin sentyabr ayı ərzində 3 milyon 14 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Modern.az Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2009-cu il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 95 milyon 763 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
ARDŞ-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında BTC əsas ixrac kəməri ilə 27 milyon 292 min ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2009-cu ilin oktyabr ayının 1-ə qədər BTC-yə 97 milyon 608 min ton neft vurulub.