Modern.az

YAP-çı deputat: “ABŞ terrorla bağlı xəbərdarlığa aydınlıq gətirməlidir”

YAP-çı deputat: “ABŞ terrorla bağlı xəbərdarlığa aydınlıq gətirməlidir”

Parlament

1 Fevral 2011, 14:26

“Milli Məclis ABŞ səfirliyinin Azərbaycandakı Amerika vətəndaşları üçün elan etdiyi terror təhlükəsi ilə bağlı səfirliyə sorğu göndərməlidir”.
Modern.az-ın məlumatına görə, bu məsələni hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı parlamentin bu günkü iclasında qaldırıb. Deputat ABŞ səfirliyinin məsələyə aydınlıq gətirməsini tələb edib.

 “Səfirlik bu məlumatı haradan alıb? Bu məlumatlar nəyə əsaslanır? Həmin açıqlama Azərbaycan vətəndaşlarını narahat edir. Bundan başqa, məsələ həm də Azərbaycana gəlmək istəyən xarici vətəndaşlara təsir göstərir. Onlar burada hansısa təhlükənin olduğunu zənn edirlər və Azərbaycana gəlməyə bilərlər. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək