Modern.az

Neftin yüksək qiymətləri davamlı deyil

Neftin yüksək qiymətləri davamlı deyil

Parlament

11 Aprel 2022, 10:23

Qərbin Rusiyaya qarşı sanksiyalarını genişləndirməsinə rəğmən neftin dünya bazar qiymətində son günlər azalma müşahidə edilir. “Qara qızıl” yenə də dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunmasına baxmayaraq, sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmadı.

 

Bəs, neftin qiymətindəki azalmaların səbəbi nədir?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, əvvəlla, ABŞ Rusiya neftindən imtina etsədə də, Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir:

 

"Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu həmin ölkədə bir sıra sənaye müəssisələrinin dayanması və ya fəaliyyətlərinin məhdudlaşdırlmasına səbəb ola bilər. Nəticədə 2.5 milyon nəfər işsizlik qala bilər.

 

 

İkincisi, ABŞ və eləcə də OPEK bazara daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.

 

Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftdən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarlar qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.

 

Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi hər zaman müzakirə edilən məsələlərdən olub".

 

"Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq, son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu, qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir", - deputat qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi