Modern.az

Ali Məhkəməyə 2 yeni hakim TƏYİNATI

Ali Məhkəməyə 2 yeni hakim TƏYİNATI

Parlament

1 Aprel 2024, 11:01

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Təklif edilən dəyişikliyə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir: Hüseyn Aida Əli qızı və  Muxtarov Teyyub Asif oğlu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok