Modern.az

Daha bir hərbi əsirimiz ailəsinə QOVUŞDU

Daha bir hərbi əsirimiz ailəsinə QOVUŞDU

27 Dekabr 2020, 01:35

Vətən müharibəsi zamanı əsir götürülənlərdən biri də Azərbaycan Ordusunun giziri, Yevlax şəhər sakini Baxşəliyev Emin Zahir oğlu idi.

 

Modern.az xəbər verir ki, noyabrın 10-da imzalanan Qarabağ bəyanatına uyğun olaraq əsirlərin qarşılıqlı dəyişdirilməsi razılığı əsasında Azərbaycana təhvil verilən Emin Baxşəlıyev artıq bu gün ailəsi ilə görüşüb.

 

Qeyd edək ki, Emin Baxşəliyev Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaralandıqdan sonra ermənilər tərəfindən əsir götürülmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir