Modern.az

Daha 30 ailə Füzuliyə QAYIDIR

Daha 30 ailə Füzuliyə QAYIDIR

Qarabağ

26 Yanvar 2024, 07:40

Bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

 

Modern.az xəbər verir ki, qayıdış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Belə ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb.

 

Bununla da indiyədək Füzuli şəhərində 500 ailənin, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək