Modern.az

Xankəndidə 23 nəfər işlə təmin olunub

Xankəndidə 23 nəfər işlə təmin olunub

Qarabağ

30 Yanvar 2024, 12:48

Anti-terror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik.

 

Modern.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.

 

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.

 

"Biz sahələri 3 əsas istiqamətə şərti olaraq bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaq doldurma məntəqəsi fəaliyyətə başlayıb.

 

Mobil-operator ve çörək bişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyətə başlayıb. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkünlərdir", - o deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək