Modern.az

İcmadan Avstraliyaya CAVAB

İcmadan Avstraliyaya CAVAB

18 Oktyabr 2023, 09:42

Qərbi Azərbaycan İcması Avstraliya hökumətinin oktyabrın 17-də Azərbaycanın əleyhinə səsləndirdiyi fikirləri rədd edir.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

 

Qeyd olunub ki, aborigen xalqları məhv etmiş, bu günə qədər də onların hüquqlarını tanımayan, vaxtilə BMT-nin Yerli xalqların hüquqları üzrə bəyannaməsinin əleyhinə səs vermiş nadir dövlətlərdən biri olan, saxta ittihamlarla İraqın işğalında iştirak etmiş Avstraliya Azərbaycana “öyüd-nəsihət” verəcək axırıncı ölkələrdən biri ola bilər.

 

"Bu günlərdə aborigen xalqların konstitusion hüquqlarının tanınmasının əleyhinə səs vermiş bir ölkənin Azərbaycandan “gözləntilər”i, BMT-nin İnsan Hüquqları Şurasında özü düşüncəsində olan ölkələrə qoşularaq Azərbaycana qarşı çıxış etməsi riyakarlıqdan başqa bir şey deyildir. Avstraliya belə zərərli bəyanatlar vermək əvəzinə, aborigenlerlə barışıq istiqamətində real addımlar atmalıdır. Avstraliya ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşmağa və səlibçi mentalitinə son qoymalıdır", - açıqlamada vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…