Modern.az saytının məlumatına görə, bu gün “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Əli və Nino” kitab mağazasında gənc yazar Əhməd Şahidovun "Sevdiyim qadın" romanının təqdimat mərasimi keçirildi. Mərasimdə yazarın yaxınları, gənc yazarlar, media nümayəndələri iştirak edirdilər.
Mərasimin maraqlı məqamlarından biri sabiq deputat Gülər Əhmədovanın da tədbirə gəlməsi oldu. O, əvvəlcədən söz verdiyi kimi yaxın dostu Əhməd Şahidovun tədbirinə gəldi. Qeyd edək ki, Gülər Əhmədova tədbirə kiçik oğlu
Qeyd edək ki, Əhməd Şahidov Gülər Əhmədova deputat olduğu müddətdə onun köməkçisi vəzifəsində işləyib. Onun “Sevdiyim qadın” romanı Milli Kitab Mükafatına təqdim olundu.
Roman sevgidən bəhs edir, onun süjet xətti məhəbbətdir: romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda bacarıqlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu bir-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri bir-birini əvəz edir. Romanda erotik məqamlar və gərginlik maraqlı dillə təsvir olunub.
|
|
|
|
|
|
Elçin AĞAYEV