Modern.az

Putin məşuqəsini uşaqları ilə birgə İsveçrədə gizlədir - İDDİA

Putin məşuqəsini uşaqları ilə birgə İsveçrədə gizlədir - İDDİA

Reportaj

9 Mart 2022, 14:23

Ukrayna mətbuatı Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı maraqlı məlumat yayıb.

Modern.az xəbər verir ki, “Unian”ın məlumatına görə, Rusiya ordusu Vladimir Putinin göstərişi ilə Ukraynanın dinc şəhərlərini bombalayarkən, prezidentin özü bunkerdə, məşuqəsi, gimnast Alina Kabayeva isə dörd uşağı ilə İsveçrədə gizlənir.
 

Adı çəkilən KİV bu məlumatı ingilisdilli “Page Six” nəşrinə istinadən yayıb. 

Məlumata görə, Putinin özünün gizləndiyi yüksək texnologiyalı bunker Rusiyadakı Altay dağlarında yerləşir və nüvə müharibəsi zamanı müdafiə üçün nəzərdə tutulub.
 

“Putin Ukraynada  mülki şəxslərə hücum edərkən və qaçqın böhranı yaradarkən onun ailəsi İsveçrədə çox təhlükəsiz dağ evində gizlənir – ən azı hələlik”, – deyə mənbə qeyd edib.

Yazıda bildirilir ki, Putin Kabayeva ilə münasibətləri reklam etmir, lakin onların birgə  olmağı çoxdan məlumdur. İddia olunur ki, məşhur gimnast Rusiya prezidentinə dörd uşaq dünyaya gətirib.


Mənbənin məlumatına görə, onların 2015-ci ilin fevralında İsveçrənin Luqano şəhəri yaxınlığında dünyaya gələn 7 yaşlı əkiz qızları və iki oğulları var. Bütün uşaqların İsveçrə pasportuna malik olduğu qeyd edilir.

“Yəqin ki, Kabayeva da artıq İsveçrə vətəndaşıdır”, - nəşr yazır.
 

Məlumatda o da vurğulanır ki, ABŞ və Avropa İttifaqının Ukraynanın işğalı ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların Alina Kabayevaya təsir edib-etməyəcəyi məlum deyil.
 

“Əlavə edirik ki, Putinin Lyudmila Şkrebneva ilə ilk nikahından 36 yaşlı Mariya və 35 yaşlı Yekaterina adlı iki qızı da var. 2013-cü ildə boşanmazdan əvvəl onlar 30 ilin ər-arvadı idilər”.


Putin şəxsi həyatı ilə bağlı suallara nifrətlə yanaşır.

“Mənim şəxsi həyatıma müdaxiləyə icazə vermirəm. Buna hörmət etmək lazımdır. Mən həmişə özlərinin çılpaq burunları və erotik fantaziyaları ilə başqalarının həyatına girənlərə mənfi reaksiya vermişəm"”, - mətbuata açıqlamalarının birində deyib.

Keçmiş stüardessa Lyudmila Şkrebneva ilə ilk evliliyindən iki qızı olan Putin övladlarını mediadan və diqqət mərkəzindən qorumaq üçün çox mübarizə aparıb.
 

Putin demək olar ki, heç vaxt onlar haqqında ictimaiyyətə danışmır, əslində neçə uşağı olduğuna dair çaşqınlıq yaradır.

Vladimir Putin və Lyudmila Şkrebnevanın qızları Mariya 1985-ci ildə Leninqradda, Katerina isə 1986-cı ildə ailəsi Putinin “KQB”də olduğu dövrdə Almaniyada doğulub.

Putinin keçmiş gimnastla münasibətlərinə gəlincə, iddialara görə, onlar özəl rus pravoslav mərasimində evləniblər.

Kabayeva səkkiz il Rusiya parlamentinin Kremlpərəst üzvü olub. Onun 2014-cü ildə Kreml tərəfindən ildə 10 milyon dollar maaşla dövlətə məxsus Milli Media Qrupunu idarə etmək üçün təyin edildiyi barədə məlumat da var.
 



Alina Kabayeva son bir neçə ildə nadir hallarda ictimaiyyət qarşısında görünüb.


Kabayeva bədii gimnastika tarixinin ən çox medal qazanan gimnastlarından biridir. O, iki dəfə olimpiya çempionu olub, 14 dünya çempionatında və 21 Avropa çempionatında medal qazanıb.

A.Kabayeva "Rusiyanın ən çevik qadını" ləqəbini də alıb və bir dəfə kişi jurnalı üçün heyvan kürkünə bürünmüş halda çılpaq poza verməsilə yadda qalıb.


2008-ci ildə Rusiyanın “Moskovski korrespondent” qəzeti Putinin həyat yoldaşından boşandığını və Kabayeva ilə evlənməyə hazırlaşdığını yazmışdı. O zaman məlumat Kreml tərəfindən təkzib edildi və qəzet bağlandı.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü