Modern.az

"Torpaq əlimdə, bahar ürəyimdə" - İlaxır reportajı

Reportaj

15 Mart 2022, 10:30

Martın 1-dən etibarən Bakının “Fəvvarələr Meydanı”nda “Nargis” Fondunun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasına start verilib.

 

Yarmarkada şirniyyat, sular və şirələr, milli və xarici mətbəxə aid yeməklər, suvenir və hədiyyələrin satışı həyata keçirilir. Şəkil çəkdirmək və əylənmək üçün yarmarkanın ərazisində hər yaşa uyğun oyun zonaları, “Yaz evi”, Novruz Bayramına aid və digər müxtəlif tematikalı konstruksiyalar quraşdırılıb.

 

Modern.az-ın əməkdaşı da "İlaxır çərşənbə" günü "Torpaq əlimdə, bahar ürəyimdə” deyib yarmarkaya yollanıb.

 

Yarmarkada sudan tutmuş kababa qədər hər şey satılır. Cibində yaxşı pulu olan elə bayramı orada keçirə bilər.

 

Cürbəcür fast-foodların qoxusundan isə "doymaq" mümkün idi. Elə qoxu ilə doysaq bəsimizdi. Çünki qiymətlər bayram tonqalı kimi od-tutub yanırdı.

 

Yaxınlaşdıq közdə şabalıd bişirən bir xanıma. Soruşduq ki, burdan qazanc əldə edə bilirmi? Adını açıqlamaq istəməyən xanım dedi ki, "gündəlik satdığımız məhsulların miqdarına uyğun olaraq fond rəhbərliyi bizə pul ayırır. Ən çox ayrılan pul isə 20 manat olur".

 

Satılan bəzi məhsulların qiymətini öyrəndik.

 

Dilimlənmiş çöpdə kartof qızartması 2manat 50 qəpik idi.

 

 

Qarğıdalı dənələri böyük qutuda 5 manata, kiçik qutuda isə 3 manata satılırdı.

 

 

Közdə bişirilmiş 300 qram şabalıd isə 4 manat idi.

 

 

İçərisində müxtəlif sözlər yazılmış otaqlarda şəkil çəkirmək isə 2 manat idi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü