Modern.az

Arayiki bu cəzalar gözləyir - 20 ilədək həbs və ya ÖMÜRLÜK

Arayiki bu cəzalar gözləyir - 20 ilədək həbs və ya ÖMÜRLÜK

Reportaj

5 Oktyabr 2023, 13:30

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, özünü buraxdığını elan etmiş qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak etmiş Arayik Harutyunyan oktyabrın 3-də həbs edilib.

Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arayik Harutyunyana Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.


Modern.az saytı Arayik Harutyunyana qarşı irəli sürülən maddələrlə ona neçə il həbs cəzasının kəsilə biləcəyini araşdırıb.


Cinayət Məcəlləsinin 100-cü maddəsi - Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

116-cı maddə - Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma: 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

117-ci maddə - Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

120-ci maddə - Qəsdən adam öldürmə: 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

214-cü maddə - Terrorçuluq: 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

218-ci maddə - Cinayətkar birlik (təşkilat) yaratma: 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

279-cu maddə - Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma: 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok