Modern.az

Erməni qadınlara verilən təlimat: qonşu dövlətlərin vəzifəli kişiləri ilə... 

Erməni qadınlara verilən təlimat: qonşu dövlətlərin vəzifəli kişiləri ilə... 

Reportaj

9 Oktyabr 2023, 15:36

“Tibbdə "erməni xəstəliyi" adlanan bir xəstəlik var. Erməni kişi cinsindən olan əhalinin dörddə biri bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin əsas simptomu yalançı tenezmdir (gücənmə)”.


Modern.az-ın məlumatına görə, bunu tanınmış həkim Səxavət Əlisoy bildirib. Onun sözlərinə görə, yuxarıda bəhs olunan xəstəliyə mübtəla olmuş erməni gün ərzidə 10-15 dəfə tualetdə oturmaq məcburiyyətində qalır.


“Bu xəstəlik həm də sidik-cinsiyyət sistemini sıradan çıxarır, Erkən impotensiya yaranır.

Xəstəliyin müalicəsi yoxdur. Yalnız yaşayış yerinin dəyişdirilməsi xəstəlikdən xilas edir. Ermənilərin bütün dünyaya yayılmasının əsas səbəblərindən birinin yalançı tenezm və erkən impotensiya olduğunu erməni alimləri də təsdiq edir”.

Səxavət Əlisoy erməni qadınların ailə quranda niyə ərinin soyadını götürməməsinə də toxunub:

“Bunun ən bariz nümunəsi Nikol Paşinyandır. Arvadı Anna soyadını dəyişməyib – Akopyandır. Səbəbi ondan ibarətdir ki, erməni kişilərinin nəsilartırma qabiliyyəti yetərincə deyil. Əhalinin artımına nail olmaq üçün 110 il əvvəl Daşnaksütyun partiyası erməni qadınlar barədə xüsusi təlimat qəbul edib. O təlimatda qeyd olunur ki, hər bir erməni qadın əhalinin sayını artırmaq üçün digər millətlərdən də uşaq istehsal etməlidir və o uşaq erməni olaraq qeydiyyatdan keçməlidir”.

Həkim bildirib ki, dünyada yalnız erməni qadınlar xüsusi hazırlanmış təlimat əsasında ailə qurur”

“Daşnaksütyun partiyasının erməni qadınlar üçün hazırlanmış digər bir təlimatında erməni qadınlara "Böyük Ermənistan" naminə qonşu dövlətlərin vəzifədə olan kişiləri ilə ailə qurmaq tapşırığı verilir. 100 ildən çoxdur ki, erməni qadınları Rusiyada, Azərbaycanda, Gürcüstanda və Orta Asiya dövlətlərində bu təlimatı uğurla həyata keçirirlər...”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok